USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEK valyuta bazarının sabitliyini tarazlamağa çalışır

27.06.2018 İqtisadiyyat
0 0
“Energy Aspects”in makro tədqiqatlar direktoru Yasser Elguindi bildirib ki, OPEK iclasında deyilən hər sözə diqqət yetirmək vacibdir.

"Kommersant" xəbər verir ki, Səudiyyə Ərəbistanı, Rusiya və Körfəz ölkələri dövriyyədəki tələbi daha çox üstələmək istəməyib. Beynəlxalq tədqiqat və məsləhətləşmə bürosu "Energy Aspects"in makro tədqiqatlar direktoru Yasser Elguindi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) ötən həftə istehsalı artırma ilə bağlı verdiyi qərarı dəyərləndirərkən Səudiyyə Ərəbistanı, Rusiya və Körfəz ölkələrinin neft bazarında yaranan tələbi üstələmək istəmədiklərini bildirərək sözügedən ölkələrin 2017-ci ilin əvvəlindən neft istehsalında həddindən artıq durğunluq yaratdıqlarını və lakin indi vəziyyəti düzəltmək üçün böyük əmək sərf etdiklərini söyləyib. Onu da qeyd etmək lazımdır ki, artıq aralarında Rusiyanın da olduğu OPEK-ə daxil olmayan ölkələr də istehsalı artırmaqla bağlı verilən qərarı dəstəkləyir.

İstehsalda artım miqdarı ilə bərabər vaxtın da önəm kəsb etdiyini bildirən direktor, bu ilin sonuna qədər Rusiyanın günlük 150 min barel, Səudiyyə Ərəbistanının isə 500 min barel neft ixracını həyata keçirəcəyini əlavə edib.

Elguindi bununla yanaşı, Liviyada xam petrol istehsalının azaldığını, Nigeriyada isə istehsalla bağlı ciddi problemlər yarandığını bildirib.

Ümumi mənzərəyə nəzər saldıqda isə bunu demək olar ki, neft istehsalının artımı il sonunda neftin hər barelə görə qiyməti 65 dollar olacaq.