USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha 3 kiçik dövlət müəssisəsi özəlləşdirilib - NAZİRLİK

06.05.2021 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 4-də təşkil olunmuş növbəti hərracda 3 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

Nazirlikdən verilən xəbərə görə, bunlardan 1-i Bakı şəhərində, 2-si isə Xaçmaz rayonunda yerləşir.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (//emlak.gov.az/cat/7)

“Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər” – deyə məlumatda qeyd olunur.