USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uber Londondakı xidmət lisenziyasını geri qazandı

27.06.2018 İqtisadiyyat
0 0
Telefon proqramı ilə alternativ taksi xidməti təqdim edən Uber, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərə bilmək üçün lazımi xidmət lisenziyasını 15 ay müddətinə geri alıb.

"Kommersant"ın məlumatına görə, "Westminster" Məhkəməsindən bildiriblər ki, Uber-in Londonda fəaliyyət göstərə bilməsi üçün lazım olan xidmət lisenziyanın 15 aylmüddətinə qaytarılmasına hökm edilib.

Digər tərəfdən, bu müddət ərzində Uber-in Londondakı fəaliyyəti nəzarətə olacaq. Həmçinin Uber, Londonun ictimai nəqliyyat qurumuna (TfL) hüquqi prosesdən irəli gələn xərclər üçün 425 min funt-sterlinq ödəyəcək.

Uber-in İngiltərə üzrə Baş direktoru Tom Elvidge məhkəmənin qərarından məmnun olduğunu bildirərək, "TfL ilə birlikdə işə davam edəcəyik. Narahatlıqları ortadan qaldıraraq etibar qazanarkən, müştərilərimizə də ən yaxşı xidməti təqdim etməyə çalışacağıq",- deyib.

Ötən ilin sentyabr ayında TfL, Uber-in lisenziyanın, institusional məsuliyyət çatışmazlığı və müştərilərin təhlükəsizliyinə dair narahatlıqlar səbəbilə bərpa olunmamasına qərar verildiyini açıqlamışdı.

Uber isə xidmət lisenziyanın bərpa olunmamasına dair qərardan kassasiya şikaəyi etmişdi.