USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yüklərin böyük hissəsi avtomobil nəqliyyatı ilə daşınıb - HESABAT

20.05.2021 İqtisadiyyat
0 0
Azərbaycanda cari ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,2% və 30,2% azalıb.

"Kommersant.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 62,4 milyon ton yük daşınıb.

Yüklərin 3,2%-i dəniz, 7,8%-i dəmir yolu, 0,2%-i hava, 55,4%-i avtomobil nəqliyyatı, 33,4%-i isə boru kəməri ilə daşınıb.

Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 7,6 % azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,9% təşkil edib.

"2021-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 355,8 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 99,8% avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb", - məlumatda qeyd edilir.