USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məşhur investordan tövsiyə: - “Türk lirəsi alın”

27.06.2018 İqtisadiyyat
0 0
Dünyaca məşhur Mobius bildirib ki, hazırda türk lirəsi çox ucuzdur. Lakin ağıllı sərmayəçilər lirəni alıb yatırım edə bilər.

"Kommersant" xəbər verir ki, Sabancı Universitetinin təşkil etdiyi "Center of Excellence in Finance" (CEF) ikinci beynəlxalq konfransında çıxış edən Mobius türk lirəsinin dəyərdən düşdüyünü bildirib:

"Sərmayəçilər mənə "nə etsək, daha çox qazanarıq" kimi suallarla tez-tez müraciət edirlər. Mən də "nə gözəl, ucuz pul tapmısınız, dəyərləndirin", - deyirəm. "Avronuz, dollarınız var, dəyəri qalxar, yatırım edə bilərsiniz", - deyirəm. Pulun ucuz olması hər zaman mənfi hal kimi qiymətləndirilməməlidir. Türkiyə və onun kimi bir sıra ölkələr sürətlə inkişaf edir və bu məni sevindirir. Çünki bu kimi ölkələrin nüfuzu gənclərdən təşkil olunur. Bu isə demokratik fürsətlər yaradır".