USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Freelance işləyərkən etməməli olduğunuz 4 məşğuliyyət

27.06.2018 İqtisadiyyat
0 0
Evinizdən işləyərkən sanki bol vaxtınızın olduğunu düşünərsiniz. Evinizin rahatlığı, yumşaq kreslo və öz iş masanız… Limitsiz vaxtınızın olduğu düşüncəsindən ayrılmaq vaxtı gəldi, təəssüf ki, elə bir azadlığınız yoxdur.

Bir çox freelancer işləyənlər üçün evdən işləmək əvəz olunmaz bir nemətdir. Hamımızın bildiyi ənənəvi və diqqət dağıdıcı hücrə tipli ofislərdən kənarda yaradıcılığınızın artmaması üçün heç bir səbəb yoxdur! Elə deyilmi?

Əslində işin pərdə arxası göründüyü kimi deyil. Hər nə qədər evdən işləmək məhsuldar olsa da, evdən işləməyin diqqət dağıdıcı tərəfləri də var.

Diqqətinizi dağıdacaq tələlərə düşmədən öncə etməyiniz lazım olan şey, onları təsbit edərək mümkün olduğu qədər onlardan uzaqlaşmaq lazımdır. Aşağıda evindən freelance işləyənlərin etməməli olduğu 4 fəaliyyəti sıraladıq:

1) Sosial mediada "vaxt öldürmək".

İşiniz sosial media ilə bağlı olsa da, şəxsi sosial media istifadəsini iş həyatınızdan ayırmağınız lazımdır. Yazdığınız bloq yazısının reklamını etmək və ya yazınızı yenidən redaktə etmək üçün məşğul olmaq başqa, əyləncəli videolara yarım saat baxmaq başqa.

Sosial media təməldə insanları içinə çəkən böyük bir çuxur olaraq yaradılmışdır və içinə girdiyinizdə çıxmağınız çətinləşir. Rahatlıqla 1 saatınızı, hətta bütün bir gününüzü belə itirə bilərsiniz. Bu səbəblə sosial mediada "vaxt öldürmək" üçün özünüzə bir sərhəd qoyun və qoyduğunuz vaxt başa çatdığında işinizə geri qayıdın.

2) Bitib tükənməyən tənbəllik

İş yeriniz yatağınızdan sadəcə bir neçə addım uzaqda olanda, fərqində olmadan sağlamlığınıza fikir verməməyə başlayırsınız. Lakin, axırda sağlamlığınız pisləşməyə başladıqca iş saatlarında bunu fərqinə varacaqsınız.

Hər gün idman etmək üçün özünüzə bir vaxt ayırın. Hər nə qədər işləməyi əngəlləyən bir fəaliyyət olaraq görülsə də, idman edən insanların etməyənlərlə müqayisədə işdə məhsuldarlığı yüksək olur. Araşdırmalara görə, iş günlərində edilən idman vaxtınızı idarəetmədə və işlərinizi başa çatdırmaqda 72%-ə qədər artım deməkdir.

3) Müəyyənləşdirilməmiş fiziki sərhədlər

Yemək və dinlənmə fasilələrini iş masasında etməyə başladınız? Bu vərdişdən tez bir zamanda xilas olmalısınız. Yatmamışdan öncə necə telefonunuzla oynamamağınız lazımdırsa, iş yerinizdə də iş ilə əlaqəsi olmayan şeyləri etməməyiniz lazımdır.

Fasilə vermək istədiyinizdə iş masasından uzaqlaşın. Yeməyinizi mətbəxdə yeyin. Bütün işlərinizi bitirdiyinizdə diqqət dağıdıcı hər şeyi arxada buraxın və iş masasına qayıdın.

4) Dostlardan gələn dəvətlər

Dostlarınız sizi günorta yeməyinə dəvət etdi? Təbii ki, dəvətə yox deməyi məsləhət görmürük. Amma, günorta 2-də kinoya baxmağa dəvət etdiklərində bir daha düşünün.

Evdən işləməyə başladığınızda ətrafınızdakılar bütün vaxtınızın boş olduğunu düşünməyə başlayarlar. Günorta fasiləsində qəşəng bir kafedə nəsə yeyib-içmək istəyirsinizsə, həmin günün planını ona görə edin. Freelancer işləməyin üstünlüyündən yararlanın.

Evdən işləmək bəzən səs-küylü və sıx olan ofislərdə işləməkdən daha məhsuldar ola bilər, lakin bunu etmək üçün zəhmət və intizam lazımdır. Vaxtınızı öldürən bu 4 şeydən xilas olduğunuzda baş verən dəyişikliyi öz gözlərinizlə görəcəksiniz.