USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank bu bankın lisenziyasını ləğv etdi

27.06.2018 İqtisadiyyat
0 0
İlkin açıqlamada bankın biznes-modelinin əhalinin pulunu banka cəlb etməyə yönəldiyi bildirilib.

"Kommersant" xəbər verir ki, Rusiya Mərkəzi Bankı 27 iyun 2018-ci ildə əmanət sığortası sisteminin iştirakçısı olan kommersiya bankı "Rublev"in lisenziyasını ləğv edib.

Qeyd edək ki, lisenziyası ləğv edilən tək qurum bu bank olmayıb. Belə ki, qiymətli kağızlar bazarında fəaliyyətin peşəkarlığını təmin etmək üçün kredit təşkilatının da lisenziyasını ləğv ediblər.

Mərkəzi Bankdan o da bildirilib ki, bankın lisenziyası ləğv edilməzdən əvvəl ona xəbərdarlıq olunmuş və müəyyən məhdudiyyətlər qoyulmuşdu. Lakin bank buna məhəl qoymadığından onun bütün səlahiyyətləri əlindən alınıb.