USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azər-Maya”ya yeni direktor seçiləcək

28.06.2018 İqtisadiyyat
0 0
7 avqust 2018-ci il tarixində “Azər-Maya” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

"Kommersant" xəbər verir ki, gündəlikdəki məsələ yeni direktorun seçilməsidir.

İclasda səhmdarların iştirakı vacibdir.

"Azər-Maya" Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi,Dağlıq küçəsi, 3105-ci məhəllədə fəaliyyət göstərir.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər – Maya" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hazırda ASC-nin direktoru Şahbazov Azər Firudin oğludur.

"Azər-Maya" ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycanın tələbatını ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.

"Azər-Maya" 2017-ci ili 31 min 365 manat xalis mənfəətlə başa vurub. Şirkət 2016-cı ildə 18 min 864 manat xalis mənfəət əldə etmişdi. 2016-cı illə müqayisədə ötən il ASC-nin satışdan gəlirləri 62% artaraq 1 milyon 738 min 865 min manata yüksəlib.