USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Uber"in rəqibi "Lyft"in bazar dəyəri 15 milyard dollara çatıb

28.06.2018 İqtisadiyyat
0 0
Şəxsi avtomobil sahiblərinin mobil proqram vasitəsilə taksiçilik etmələrinə imkan təmin edən "Uber"in ABŞ-dakı ən böyük rəqibi "Lyft"in bazar dəyərinin təxminən 15 milyard dollar olduğu bildirilib.

"Kommersant" xəbər verir ki, "Lyft" tərəfindən verilən açıqlamada, şirkət üçün həyata keçirilmiş sonuncu 600 milyon dollarlıq maliyyələşdirmədən sonra şirkətin bazar dəyərinin 15,1 milyard dollar olduğu qeyd olunub.

Həmçinin açıqlamada, bu ilin ilk yarısında "Lyft"in sürücüsüz avtomobil texnologiyası inkişaf etdirməyə diqqət yetirdiyi qeyd edilib, şirkətin avtomobillərində karbon qazını azaldaraq iqlim dəyişikliyilə mübarizə apardığı vurğulanıb.

Mütəxəssislər, "Lyft"in bazar dəyərinin 2017-ci ilin Aprel ayında 7,5 milyard dollar olduğunu qeyd edərək, şirkətin səhmlərinin ilkin kütləvi təklifinin (IPO) bu il baş tutacağını bildirirlər.

"Uber"in isə bazar dəyərinin təxminən 62 milyard dollar olduğu təxmin edilir. Şirkətin IPO-sunun gələn il reallaşacağı gözlənilir.