USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda şiddətli istilər başlayır

28.06.2018 İqtisadiyyat
0 0
"Hazırda Azərbaycanda müşahidə olunan anomal istilərin səbəbi Şimali Afrikadan hərəkət edən isti hava dalğalarıdır".

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, isti hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində artıq bir neçə günür ki, ölkə ərazisində günəşli və yağmursuz hava şəraiti müşahidə olunur:

"Anomal isti hava şəraitinin iyul ayının 2-dək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 41 dərəcə isti olacaq".