0
0
Ötən il “Bakı Metropoliteni”nin sair əməliyyat gəlirləri 5 milyon 293 min manat təşkil edib.
"Kommersant" "Bakı Metropoliteni"nin maliyyə hesabatına istinadən xəbər verir ki, o cümlədən,
1. Reklam yayımından gəlir 1 miyon 979 min 135 manat,
2. Metropolitenin tunellərində yerləşdirilmiş kənar təşkilatların kabellərinə xidmət göstərilməsindən gəlir
466 min manat,
3. Bankomatlara və POS terminallara xidmət göstərilməsindən gəlir 329 min 140 manat,
4. Ticarət obyektlərinə xidmət göstərilməsindən gəlir 114 min 916 manat,
5. Metal qırıntılarının kənar təşkilatlara satışından gəlir 313 min 297 min manat,
6. Xarici valyuta əməliyyatlarında məzənnə fərqindən yaranan gəlir 1 milyon 746 min 902 manat,
7. Kənar təşkilatlara görülmüş tikinti-quraşdırma işlərindən gəlir 11 min 962 manat
8. Sair gəlirlər 331 min 981 mana təşkil edib.
Metro nəqliyyatı ilə sərnişin daşınmaları xidməti üzrə gəlirlər isə 44 milyon 332 min manat təşkil edib