USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı Metropoliteni”nin bağlanmış banklarda pulu qalıb - MƏBLƏĞ

28.06.2018 İqtisadiyyat
0 0
“Bakı Metropoliteni” lisenziyaları ləğv edilmiş “Texnikabank” ASC və “Bank Standart”da 3 milyon 708 min manat vəsaiti qalıb.

"Kommersant" xəbər verir ki, QSC-nin 2017-ci il üzrə maliyyə hesabatında deyilir.

"2017-ci ilin sonuna Azərbaycan manatı ilə cari hesablar üzrə qalıqdan(1 647 758,83 manatdan), 1 563 289,35 manat və ABŞ dolları ilə cari hesablar üzrə qalıqdan (2 145 976,29 manatdan) 2 145 918,77 manat "Bakı Metropoliteni QSC-nin" müvafiq olaraq iflas prosessində olan "Texnikabank" ASC-də və "Bank Standart" KB-ı hesablarında olan vəsaitdir. Ləğv prosesində olan bankların öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir"