USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisin son iclasının gündəliyinə əlavə məsələlər daxil edilib

28.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Milli Məclisinin növbədən kənar sessiyada iyunun 29-da keçiriləcək son plenar iclasının gündəliyinə əlavə məsələlər daxil edilib.

"Kommersant" xəbər verir ki, iclasın gündəliyinə 4 yeni məsələ əlavə edilib, bununla iclasın gündəliyi 39 məsələyə çatıb.

Bunlar, neft müqavilələri ilə bağlı iki sənədin ratifikasiyası, "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara əlavə və dəyişikliklərdir.