USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bəhruz Bayramov Naxçıvanın kənd təsərrüfatı naziri təyin edilib

28.06.2018 İqtisadiyyat
0 0
Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

"Kommersant"ın "Report"a istinadən məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb.

Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.