USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövriyyəsi 30 milyon dollardan çox olub, 520 min dollarlıq ətriyyat satıb

29.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanda rüsumsuz ticarət şirkəti olan "Az Duti Fri Şops Ltd" MMC bu il sayca 20-ci mağazasını açmağı planlaşdırır.

"Kommersant" xəbər verir ki, bu şirkət 2007-ci ildən fəaliyyət göstərir və bütün gömrük sərhəd məntəqələrinin ərazisində Duty Free-yə sahibdir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə 2017-ci ildə Az Duti Fri Şops Ltd Gürcüstan və Rusiya ilə sərhəddə gömrük məntəqələrində altı mağazanın açılmasına razılıq alıb.

Şirkətin hesabatına əsasən, 2017-ci ildə "Az Duti Fri Şops Ltd" MMC-nin rüsumsuz mağazalarının dövriyyəsi 30,2 mln. ABŞ dollarından çox olub. Onlardan 1,6 mln. dollar Bakıdakı "Diplomat" mağazasının payına düşüb. Siqaret və alkoqollu içkilərin xüsusi çəkisi 98% təşkil edir. 2017-ci ildə bu şirkətin mağazalarında 520 min dollar məbləğində ətriyyat satılıb.