USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin xarici ticarət kəsiri artır

29.06.2018 İqtisadiyyat
0 0
Türkiyə Statistika Komitəsi ilə Gömrük və Ticarət Nazirliyi əməkdaşlığı ilə hazırlanmış müvəqqəti xarici ticarət göstəricilərinə görə; İxrac 2018-ci ilin May ayında, 2017-ci ilin eyni ayı ilə müqayisədə 5,3% artaraq 14 milyard 306 milyon dollar, idxal 5,5% artaraq 22 milyard 65 milyon dollar təşkil edib.

"Kommersant" bildirir ki,xarici ticarət kəsiri 5,7% artıb.

May ayında xarici ticarət kəsiri 5,7% artaraq 7 milyard 759 milyon dollara yüksəlib. Proqnoz 7.70 milyard dollar idi. Kəsirin proqnoza yaxın olması ilə əlaqədar olaraq Türk Lirəsi Dollar qarşısında bahalaşıb. Türk Lirəsi (TL) Dollar qarşısında 0,6% dəyər qazanaraq 4,5568 səviyyəsinə gəlib (saat 11:00-a olan məlumat).

Xarici ticarət kəsiri Yanvar-May dövründə 41,1 faiz artımla 35,2 milyard dollar olub.

İxracın idxalı qarşılama nisbəti 2017-ci ilin May ayında 64,9% ikən, 2018-in May ayında 64,8%-ə geriləyib.

Mövsüm və təqvim təsirlərindən təmizlənmiş məlumatlara görə; 2018-in May ayında əvvəlki ayla müqayisədə ixracat 0,3% artarkən, idxal 1,7% azalıb. 2018-ci ilin May ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə isə ixracat 5,2%, idxal 3,1% artıb.