USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk lirəsi bahalaşır

29.06.2018 İqtisadiyyat
0 0
Türkiyədə Prezident və 27-ci Millət vəkili seçkilərinin ardından Dollar/TL məzənnəsi 4.66-dan 4.53-lərə qədər geriləmişdi. Ancaq bu səviyyələr uzunmüddətli olmadı, məzənnə yenidən 4.70 səviyyələrinədək yüksəldi.

"Kommersant" xəbər verir ki, dünən axşam saatlarında 4.60-dan aşağı düşən məzənnə yeni gündə 4.55-4.57 aralığında dalğalanır. Bu gün Türk Lirəsi (TL) Dollar qarşısında 0,6% dəyər qazanaraq 4,5568 səviyyəsinə gəlib (saat 11:00-a olan məlumat).


Mütəxəssislər, yeni qurulacaq kabinetin və iqtisadi rəhbərliyin bazarlar üçün önəmli olduğuna diqqət çəkir. Prezident sözçüsü İbrahim Kalın, Prezident Ərdoğanın yeni hökuməti 8 İyuldan sonra açıqlayacağını bildirib.