USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Naftoqaz”dan İsveç məhkəməsinə etiraz

29.06.2018 İqtisadiyyat
0 0
"Naftoqaz" İsveç məhkəməsində "Gazprom" iddiası ilə bağlı qərarın dayandırılmasına etiraz edəcək.

"Kommersant" xəbər verir ki, Ukrayna hökuməti xarici ölkələrdə Rusiya kommersiya şirkətlərinin aktivlərinin həbsinə nail olmağa çalışır. "Naftoqaz"ın rəhbəri Andrey Kobolyev, şəxsi "Facebook" hesabında bildirib ki, İsveç hökumətinin məsələyə yenidən baxacağına və ədalətli qərar çıxaracağına ümid edir.

Qeyd edək ki, 2018-ci ilin fevral ayında Stokholm məhkəməsi "Qazprom" və "Naftoqaz" arasındakı qazın Ukrayna ərazisindən tranziti ilə bağlı münaqişəyə yekun qərar vermişdi. Qərara əsasən, "Qazprom" "Neftoqaz"a tranzit üçün 2,56 milyard dollar ödəniş etməli idi.