USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Enerji tariflərinə yenidən baxılması müzakirə mövzusu deyil"

29.06.2018 İqtisadiyyat
0 0
Tarif Şurası enerji qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

"Kommersant" xəbər verir ki, Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev modern.az-a bildirib ki, hazırda enerji tariflərinə yenidən baxılması müzakirə mövzusu deyil.

Bəzi saytların yaydığı məlumata görə, "Azərenerji" və "Azərişıq" ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edib. Müraciətlə enerji qiymətlərinin 14-16 qəpiyədək qaldırılacağı bildirilib.

Bu qəbildən olan xəbərlər sosial şəbəkələrdə müzakirələrə və panikaya səbəb olub.

Xatırladaq ki, 2016-cı ildə edilən dəyişikliklə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşib.