USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

5 min sərnişindən 11 min nəfərə qalxdı

29.06.2018 İqtisadiyyat
0 0
Bakı-Sumqayıt avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar yolda uzun tıxac yarandığından, bu istiqamətdə hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayında xeyli artım müşahidə olunur.

"Azərbaycan Dəmir Yolları"ndan "Kommersant"a daxil olmuş məlumata görə, adi günlərdə Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları ilə 5 min sərnişin daşınırdısa, 28 iyunda sərnişin sayı 10 min 836 nəfərə çatıb.

Belə ki, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, iyunun 28-dən etibarən Bakıdan 18-30-da, Sumqayıtdan isə saat 08-00-da yola düşən elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.