USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran neft nazirindən ABŞ sanksiyalarına dair açıqlama

29.06.2018 İqtisadiyyat
0 0
İranın neft naziri Bijen Namdar Zəngənə, "Gündəlik 4 milyon barrel neft ixrac etsəydik, ABŞ-ın sanksiya tətbiq etməsi mümkün olmazdı" - deyib.

Zəngənə, "Neft Nazirliyinin layihələri təxirə salınmasaydı, ABŞ-ın İran neftinə sanksiya planlarına tab gətirə biləcəydik" deyib.

"Kommersant" xəbər verir ki, İran və Fransanın Total şirkəti bu ana qədər 5 müqavilə imzalayıb.


Zəngənə, Fransanın enerji şirkəti Total-ın ölkədə investisiya qoyuluşlarını davam etdirmək üçün ABŞ-dan sanksiya sərbəstliyi almasının uzaq bir ehtimal olduğunu bildirərək, "Total hazırda İranda investisiyalarını dayandırmış deyil, ancaq qərar vermək üçün 35 günləri qalıb" ifadələrini istifadə edib.

Total-ın ölkədə Cənub Pars Qaz Sahəsində bu ana qədər 60 milyon dollar məbləğində sərmayə qoyduğunu bildirən Zəngənə, Fransız şirkətin investisiya qoyuluşlarını dayandırması halında Çinli neft şirkətlərinin investisiyaları davam etdirəcəyini qeyd edib.

Total, İyul 2017-də imzalanmış 4,8 milyard dollar dəyərindəki saziş əsasında, İrandakı Cənubi Pars Qaz Sahəsinin 11-inci fazanın inkişafını həyata keçirən konsorsiumun 50,1%-nə malikdir. Layihənin digər iştirakçıları 30%-lə Çinin CNPC şirkəti və 19.9%-lə İranın Petrobras şirkətidir.