USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadçıdan sərt açıqlama - "AB bizdən asılıdır"

29.06.2018 İqtisadiyyat
0 0
Rusiyaya qarşı sanksiyalar onun iqtisadiyyatına təsir etməyəcək.

"Kommersant" xəbər verir ki, Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi onun iqtisadiyyatına təsir etməyəcək. Avropa Birliyinin Brüsseldə keçirilən sammitində Rusiya Federasiyasına qarşı sanksiyaların daha 6 ay uzadılacağına qərar verilmişdi.

Rusiyanın baş iqtisadçılarından Aleksey Devyatov qərarla bağlı çıxışında bu kimi sanksiyaların artıq uzun müddətdir ki, davam etdiyini və bunun iqtisadi baxımdan heç bir mənfi nəticə vermədiyini bildirib. Devyatov əlavə edib ki, Avropa Birliyi iqtisadi baxımdan bizdən daha çox asılıdır, nəinki biz onlardan.