USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan “Telegram”a icazə

29.06.2018 İqtisadiyyat
0 0
Rusiya “Telegram”a ticarət nişanı kimi qeydiyyatdan keçməyə icazə verib.

"Kommersant" xəbər verir ki, bir müddət Rusiyada qadağalarla qarşılaşan şəbəkə bu qərarla artıq özünü müdafiə etmək hüququ qazanır.

Qeyd edək ki, "Telegram" tətbiq kimi 2017-ci ilin avqustundan etibarən Rusiyada ticarət nişanı olaraq qadağan olunmuşdur. Qərarın ardından "Telegram" şirkəti ən azı yazışmalar üçün nəzərdə tutulmuş tətbiqin istifadə hüququnu bərpa etməyə çalışsa da, buna nail ola bilməmişdi.

"Telegram", hazırda Gürcüstan və Avropa Birliyinə daxil olan bütün ölkələrdə, eləcə də Belorusiya və Tacikistanda rəsmi şəkildə qeydiyyatdan keçib.