USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

General Motors: Gömrük vergisi səbəbilə ixtisarlar ola bilər

30.06.2018 İqtisadiyyat
0 0
General Motors Co (GM), gömrük vergisi tarifinin şirkətin ABŞ-dakı gəlirlərinin azalmasına və bunun da işdən çıxarmalara (ixtisar) səbəb ola biləcəyini açıqlayıb.

Həmçinin General Motors, gömrük vergisinin digər avtomobil istehsalçıları qarşısında şirkətin rəqabət qabiliyyətinə zərər verə biləcəyini açıqlayıb.

"Kommersant" xəbər verir ki, açıqlamanın ardından GM səhmləri 1.50% ucuzlaşıb.

Qeyd edək ki, ABŞ Preüzidenti Donald Tramp idxal mallar üçün gömrük rüsumlarını qaldırır. Digər dövlətlər də cavab olaraq ABŞ məhsullarının idxalına əlavə gömrük rüsumları tətbiq edirlər.

Bundan əvvəl, ABŞ-ın beynəlxalq motosiklet istehsalçısı "Harley-Davidson", Avropa Birliyinin (AB) ABŞ-a qarşı həyata keçirməyə başladığı gömrük vergilərinə görə, ABŞ-dakı istehsalının bir hissəsini xarici ölkələrə köçürərək, bu bölgələrdən Avropa bazarına motosiklet ixrac edəcəyini açıqlayıb.