USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan şirkətinin akkreditasiyası ləğv olundu - SƏBƏB

31.05.2022 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş məlumatların araşdırılması nəticəsində müəyyən edilmişdir ki, “AZSERTCENTER” MMC istehlakçıları və sahibkarlıq subyektlərini çaşdırmaqla ona verilmiş icazədən sui-istifadə edərək səlahiyyəti olmadığı halda, bir sıra istehlak mallarına qanunsuz uyğunluq sertifikatları təqdim etmişdir. Bunları nəzərə alaraq, 27 may 2022-ci il tarixdə Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən “AZSERTCENTER” MMC-nin uyğunluğun qiymətləndirilməsi (sertifikatlaşdırma) fəaliyyətinə verilmiş akkreditasiya attestatı ləğv edilmişdir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların və sahibkarların mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması və ya aradan qaldırılması üçün tədbirləri davam etdirir.

  • Əvvəlki

    Aİ ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizindən imtina etməyə ümid edir

Digər xəbərlər