USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması təklif olunub

31.05.2022 İqtisadiyyat
0 0
“2022-ci ildə dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu gün fərqli proseslər gedir: “Bu gün Brent markalı neftin qiyməti 123 dollara gəlib çatıb. Buna görə də büdcəyə yenidən baxmaq artıq zərurətə çevrilib. Bu istiqamətdə konkret addımlar atılmasının vaxtı gəlib çatıb. Xüsusilə də biz 2 il ərzində azad olunmuş torpaqlarımızın bərpasına 4,4 milyard manat vəsait ayırmışıqsa, neftin qiymətində bu kəskin artımı nəzərə alaraq, azad olunmuş ərazilərə daha çox vəsait ayrılmasına ehtiyac var. Müdafiə, təhlükəsizlik xərcləri artan xətlə getməlidir. Nə qədər ki, Ermənistanda revanşist qüvvələr var, hərbi və təhlükəsizliklə bağlı xərclər çox olmalıdır”.

  • Əvvəlki

    Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilib

Digər xəbərlər