USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azexport" portalına ixrac sifarişlərinin dəyəri 3 milyard dollara çatır

31.05.2022 İqtisadiyyat
0 0
Bu ilin yanvar-aprel aylarında Azexport.az portalına 162,7 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2022-ci ilin aprel ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin aprel ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində pambıq yağı, trufel göbələyi, pambıq çiyidi, duz, konservləşdirilmiş heyvan əti, buğda unu, qarğıdalı, fındıq, nar konsentratı, tibbi tənzif, kartof və s. məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,96 mlrd. ABŞ dolları təşkil edib.

Həmçinin, “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 27,4 mln. ABŞ dolları olub.

  • Əvvəlki

    Azər Türk Bank kredit kampaniyasının müddətini uzadıb

Digər xəbərlər

06.02.2025 İqtisadiyyat
Lirə bahalaşdı
0 0
06.02.2025 İqtisadiyyat
Mərkəzi Bankda yeni TƏYİNATLAR
0 0
06.02.2025 İqtisadiyyat
Pensiya artımları necə hesablanacaq?
0 0
06.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
06.02.2025 İqtisadiyyat
Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb
0 0