USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Koreya arasında gömrük əməkdaşlığına dair saziş imzalanıb

30.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Brüsseldə ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı növbəti ikitərəfli görüş keçirib.

DGK-dan “Kommerant”a verilən məlumata görə, Koreya Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon ilə keçirilən görüşdə Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açılıb, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

S.Mehdiyev Azərbaycan tərəfinin koreyalı həmkarları ilə gömrük işinin bütün sahələrində, xüsusilə də ticarətin asanlaşdırılması, risk analizləri, informasiya texnologiyalarının tətbiqində əməkdaşlıq əlaqələrini davam etdirməkdə maraqlı olduğunu və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

K.Yung-Moon Azərbaycanla əməkdaşlığa önəm verdiklərini bildirib, eləcə də ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi rolunu qeyd edib.

Görüşdə Azərbaycan və Koreya gömrük orqanları arasında əməkdaşlıqdan razılıq bildirilib və qarşılıqlı əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunub.

Tərəflər xüsusilə vurğulayıblar ki, Azərbaycan və Koreya arasında gömrük işinə dair imzalanması nəzərdə tutulan müvafiq sənəd əməkdaşlığın genişlənməsinə stimul verəcək, tərəflərin inteqrasiyasını sürətləndirəcək.

Sonra görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri KIM Yung-Moon imzalayıblar.

  • Əvvəlki

    "Qarabağ" daha bir italiyalı qapıçıya təklif göndərib

Digər xəbərlər