USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

30.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kuniyo Mikuriya ilə görüşüb.

Dövlət Gömrük Komitəsindən "Kommersant"a verilən xəbərə görə, görüşdə ÜGT ilə Azərbaycan Gömrük Xidmətinin əməkdaşlığının hazırkı vəziyyətindən bəhs olunub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, eləcə də ÜGT-nin Regional Tədris və Regional Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycandakı fəaliyyətinə toxunub.

ÜGT-nin Baş katibi Kunio Mikuriyarəhbəri olduğu təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini və ÜGT ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, ÜGT-nin Azərbaycandakı üç regional qurumunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.

Görüşdə, eyni zamanda Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu il 12-14 iyun tarixlərində Azərbaycanda keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Xatırladaq ki, Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası keçirilir.