USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən sonra növbəti “düşmən” AB olacaq?

02.07.2018 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Trump Vaşinqtonun ticari kəsirlərinin səbəbinin Avropa Birliyində olduğunu bildirib.

"Kommersant" xəbər verir ki, Ağ Ev rəhbəri ABŞ iqtisadiyyatına Avropa Birliyi ilə ticarətin ən az Çinlə olan ticarət qədər mənfi təsir etdiyini bildirib.

Trump, "Avropa Birliyi bizə öz "Mercedes" maşınlarını satır. Biz isə onlara istehsal etdiyimiz məhsulları göndərə bilmirik. Diqqət edin, onlar bizimlə münasibətlərdə öz kəndlilərinin belə haqqını qoruyur. Bizə isə bunun üçün imkan vermirlər. Yəni, Avropa Birliyi ilə ticarət bizə ən az Çinlə olan ticarət qədər zərər verir. Baxmayaraq ki, AB ticari kəsrlərimizin artmasının başlıca səbəbidir. Biz NATO-ya onları qorumaq üçün bir sərvət qədər vəsait xərcləyirik", - deyə əlavə edib.