USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İraq neft ixracını artırıb

02.07.2018 İqtisadiyyat
0 0
İraq bu ilin iyun ayında 105 milyon barel neft ixrac edərək 7 milyard 323 milyon dollar gəlir əldə edib.

"Kommersant" xəbər verir ki, Türkiyənin Energetika Nazirliyinin rəsmisi Asim Cihad yazılı açıqlamasında ötən ay ölkənin cənub quyularından çıxarılan 105 milyon 640 min barel neftin ixrac edildiyini bildirib.

İxrac edilən neftin qiymətinin 69 dollar olduğunu bildirən Cihad, İraqın ötən aykı ixracatdan qazanılan gəlirinin toplamda 7 milyard 323 milyon dollar dəyərində oluğunu da qeyd edib.

Nazirlik rəsmisi bununla yanaşı, İraqın günlük ixracatının may ayında 108 milyon barel olduğu halda, hazırda 3 milyon 521 min barelə çatdığını da əlavə edib.