"Azərbaycan Dəmir Yolları" QSC "Azertürk Hotel ve Turizm" MMC-ni məhkəməyə verib.
Bu barədə QSC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, "Azərbaycan Dəmir Yolları" müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Ülkər Həsənovanın icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclası avqustun 31-nə təyin edilib.