USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aksiz dərəcəsi artdı: Aİ-92 və dizel bahalaşır? - AÇIQLAMA

24.08.2022 İqtisadiyyat
0 0
“Azərbaycanda Aİ-92 və dizel yanacağının qiyməti başqa faktorlardan asılı deyil, yalnız dövlət tərəfindən tənzimlənir və qiymət Tarif Şurasının verəcəyi qərardan asılı olacaq. Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarına əsasən, Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb. Kabinetin bu qərarının birbaşa qiymət artımına təsiri yoxdur”.

Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Azərbaycanda həm Aİ 92 markalı benzinin, həm də dizel yanacağının qiymətini Tarif Şurası müəyyənləşdirir: “Vergilərin, aksiz dərəcələrinin dəyişməsi Tarif Şurasının qərarı olmadan qiymətlərin dəyişməsinə təsir göstərmir. Sırf aksiz dərəcələrinin qalxması qiymət artımı anlamına gəlmir. Amma gələcəkdə Tarif Şurası bu qərardan irəli gələn maya dəyərinin artmasını bəhanə göstərərək qiymət artımı ilə bağlı müəyyən qərarlar verə bilər. Aksiz dərəcəsinin indiki artımı o qədər də böyük deyil. Aİ-92 benzininin aksiz dərəcəsi 42%-dən 42,5%-ə qaldırılıb. Bu, cəmi 0,5% artım edir. Dizel yanacağında isə 18%-dən 18,3%-ə, yəni 0,3% qaldırılıb. Bunun qiymətlərə birbaşa təsiri yoxdur”.

Pravda

  • Əvvəlki

    Azərbaycanla Qazaxıstan arasında imzalanan sənədlərin - SİYAHI

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0