Azərbaycan Mərkəzi Bankı 31 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.7067 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0935 manat, 1 Rusiya rublu 0.0284 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5827 manatdır.