USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL-ın təyyarəsi Zəngilan Hava Limanına enib

09.09.2022 İqtisadiyyat
0 0
“Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi Airbus A340-500 ilk texniki uçuşunu yerinə yetirib və Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib.

Sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş ikinci hava limanıdır.