USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının rayonlarından birində 19 bina söküləcək - RƏSMİ

12.09.2022 İqtisadiyyat
0 0
Bakının Sabunçu rayonu ərazisində qəzalı vəziyyətdə olan binanın sakinləri acınacaqlı vəziyyətlə üzləşiblər.

"Kommersant.az"ın xəbərinə görə, sakinlər bildirib ki, 1880-ci ildə tikilmiş binada yaşamaq həddən artıq təhlükəlidir. Sabunçu qəsəbəsi, H.B.Zərdabi (S.M.Əfəndiyev) küçəsində yerləşən 13-cü binanın sakinləri 142 yaşı olan tikilidən nə vaxt canlarını qurtaracaqları günü səbirsizliklə gözləyirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, onlara bu istəklərinin nə vaxt reallaşacağı barədə cavab verilməyib.

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən sayta bildirilib ki, qəzalı bina barədə məlumatlıdırlar:

“Bakı şəhəri üzrə qəzalı vəziyyətdə olan binaların siyahısı hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Hazırda rayon ərazisində vəziyyəti barədə akt tərtib olunan binaların sayı 19-dur. Bu binalara Fövqəladə Hallar Nazirliyi akt tərtib edib. Digər tərəfdən, 17 binanın təmir-bərpa işlərinə ehtiyacı olduğu müəyyən edilib. Ümumilikdə isə qəza aktı olmayan 177 bina var. Onlar barəsində siyahılar tərtib olunaraq aidiyyəti qurumlara təqdim edilib və bu barədə qərar veriləcək”.

Baku.ws

  • Əvvəlki

    Sertifikatlaşdırma prosesinin müsahibələri başlayıb

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0