USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Meliorasiya və Su Təsərrüfatının İdarəsində “yeyintilər” aşkarlandı

13.09.2022 İqtisadiyyat
0 0
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin 2019-cu il yanvarın 1-dən 2022-ci il mayın 1-dək olan dövr üzrə fəaliyyətində maliyyə nöqsanlarına yol verildiyi, ezamiyyə xərcinin artıq yazılaraq ödənildiyi, eləcə də nəqliyyat vasitələri üçün normadan artıq yanacağın silindiyi, idarənin balansında olan obyektlərdə əsaslı və cari təmir işlərinin dəyərlərinin artırılması hesabına podrat təşkilatlara artıq vəsaitlərin ödənildiyi aşkarlanıb.

Nəzarət tədbirləri zamanı, həmçinin, Bakı, Sumqayıt, Gəncə Apellyasiya Məhkəmələrində, Təhsil Nazirliyinin 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində, Xaçmaz Rayon İcra Hakimiyyətinin Qusarçay Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Oğuz Rayon İcra Hakimiyyətinin Muxas Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində və Tərtər Rayon İcra Hakimiyyətinin Kəngərli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində aşkar olunan artıq və əsassız ödənişlərin dövlət büdcəsinə bərpası və nöqsanlara yol verən vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməklə cərimə olunması təmin edilib.

  • Əvvəlki

    Bakıda bu 8 avtobusun hərəkət sxemi dəyişdirilir

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0