USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müddətli müqavilə işləmək istəyənlərin nəzərinə

15.09.2022 İqtisadiyyat
0 0
16 sentyabr saat 11:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir.

Təhsil İnstitutundan verilən məlumata görə, vakansiya seçimi 19 sentyabr saat 11:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.

Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

  • Əvvəlki

    İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdü

Digər xəbərlər

25.10.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.10.2024 İqtisadiyyat
Azərbaycan nefti cüzi ucuzlaşdı
0 0
24.10.2024 İqtisadiyyat
Almaniyadan Livana 96 milyon avro yardım
0 0