2022-ci ilin ilk 8 ayı ərzində Azərbaycandan 134 milyon 229 min dollar dəyərində 112 302 ton pomidor ixrac edilib.
Kommersant.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycandan 128 milyon 213 min dollar dəyərində 119 104 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 5% artıb, miqdar ifadəsilə 6% azalıb.
2022-ci ilin mart ayında Azərbaycandan 14 milyon 305 min dollar dəyərində 11 min 377 ton pomidor ixrac edilmişdi.