USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Manatla bağlı rəsmi açıqlama

16.09.2022 İqtisadiyyat
0 0
Manatın nominal effektiv məzənnəsinin 8 ayda 6.1% möhkəmlənməsi cari ildə inflyasiyaya məhdudlaşdırıcı təsir edən əsas amillərdən biri olub. İyul və avqust aylarında bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, pul siyasəti üzrə yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması həm cari dövrdə, həm də ortamüddətli dövrdə qiymət sabitliyinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılması gözlənildiyi kimi sterilizasiya əməliyyatlarının həcminin artması ilə müşayiət olunur. Belə ki, bank sisteminin likvidlik mövqeyində struktur profisitinin mövcudluğu şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə, xüsusən də sterilizasiya yönümlü daimi imkanlar alətinə tələbat yüksəkdir. Sentyabr ayının 15-dən başlayaraq banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması da likvidliyin idarə olunması vasitəsilə inflyasiya proseslərinə azaldıcı təsir göstərir.

Yeni çeşiddə sterilizasiya əməliyyatlarının işə düşməsi ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılıb.

Fiskal əməliyyatların monetar şəraitə təsiri və banklararası bazardakı vəziyyətdən asılı olaraq ilin qalan dövründə əlavə sterilizasiya məqsədilə müxtəlif müddətlər üzrə not və REPO hərraclarının keçirilməsinə baxıla bilər.

Monetar alətlərin yeni konfiqurasiyada tətbiqi, eləcə də alternativ əməliyyat platformasının təklif olunması banklararası kredit bazarına da müsbət təsir etməkdədir. Sentyabr ayının ötən dövründə “Blumberq“ ticarət sistemində ümumilikdə 101 mln. manat məbləğində 12 əqd bağlanıb.

Ötən iclasdan bəri dövlət qiymətli kağızları üzrə gəlirlik səviyyəsində, eləcə də depozit və kredit faizləri üzrə nominal faiz dərəcələrində cüzi yüksəlmə qeydə alınıb.

2022-ci ilin avqust ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 0.8%, ilin əvvəlinə nəzərən 11.8%, ötən ilin eyni ayına nəzərən isə 22.6% artmışdır. Mərkəzi Bankın tətbiq etdiyi pul siyasətinin və makroprudensial siyasətin kredit aktivliyinə təsirlərinin tədricən güclənəcəyi gözlənilir.

  • Əvvəlki

    Tacikistan və Qırğızıstan XİN rəhbərlərinin telefon danışığı olub

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0