USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

3 illik dövlət istiqrazlarının gəlirliliyi yüksəlməyə başlayıb

27.09.2022 İqtisadiyyat
0 0
27 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 30 mln. manat həcmində, tədavül müddəti 1092 gün (effektiv 1001 gün, yaxud 3 illik) olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib..

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 96.3273 manat (6.8429%) və 99.2378 manat (5.7396%) olan 30 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.0448 manat (6.5671%), orta ölçülmüş qiyməti 97.9445 manat (6.2249%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,384,400manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir.

Qeyd edək ki, öncəki hərrac 13 sentyabrda keçirilmişdi və həmin hərracda da gəlirlilik 6.22% təşkil edirdi. Avqusta isə gəlirlilik 6.13% təşkil edirdi.

İstiqrazların ödəmə tarixi 24 iyun 2025-ci il.

Hərrac iştirakçıları 28 sentyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

  • Əvvəlki

    “PAŞA Həyat” daha çox yığıb, əhaliyə isə az ödəyib

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0