USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"SOCAR Methanol"un ixracı kəskin azalıb

03.07.2018 İqtisadiyyat
0 0
"SOCAR Methanol" MMC-nin ixracı azalıb.

"Kommersant" xəbər verir ki, 2017-ci ilin ilk 5 ayında 6,9 milyon dollar məbləğində olmuş ixrac, 2018-ci ilin ilk 5 ayında 2,6 milyon dollara düşüb (2,6 dəfə azalma).

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən, Qafqazda ilk və yeganə olan Metanol zavodu 2013-cü ildə istismara verilmiş və ölkədə qaz-kimya sahəsində çalışan ilk istehsal obyektidir. Zavodun qurulmasında dünyada qabaqcıl texnologiya hesab edilən, İngiltərənin ICI firmasının aşağıtəzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. Zavodun idarəetməsi 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın törəmə şirkəti olan "SOCAR Methanol MMC" tərəfindən təhvil alınmışdır. İstehsalat prosesində əsas xam maddə olan təbii qazla təminat SOCAR tərəfindən həyata keçirilir.