USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Karqo bağlamaları üzərində gömrük nəzarəti və rəsmiləşdirilmə prosesi sadələşdirildi - RƏSMİ

10.10.2022 İqtisadiyyat
0 0
Azərbaycanda poçt göndərişləri vasitəsilə xaricdən gətirilərkən gömrük nəzarəti və ödənişləri tələb olunan bağlamaların rəsmiləşdirilməsi prosesi sadələşdirilib.

"Kommersant.az" xəbər verir ki, bu məqsədlə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki Bakı Karqo Terminalının inzibati binasında xüsusi mərkəz yaradılıb və bağlamaların rəsmiləşdirmə prosesindəki bütün əməliyyatlar vahid məkanda, ən qısa vaxt ərzində həyata keçirilir.

Nahar fasiləsində də fəaliyyətini davam etdirən mərkəzdə quraşdırılan kompüter və elektron köşklərdən istifadə etməklə vətəndaşlar “Smart customs” tətbiqi üzərindən bəyannamələrdə düzəlişlər apara, gömrük ödənişlərini həyata keçirə bilərlər. Vaxt itkisinin qarşısını almaq məqsədilə gömrük rəsmiləşdirilməsi və anbar ödənişləri vahid məkanda, bir pəncərə sistemi ilə reallaşdırılır .

Bundan başqa texnoloji sxemdə aparılan təkmilləşdirmələr hesabına gömrük nəzarəti zamanı yol verilən təkrarlamalar da aradan qaldırılıb.

Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələri tərəfindən aparılan təhlillərə əsasən bağlamaların gömrük rəsmiləşdirilməsinə görə vətəndaşlar əvvəllər 40 dəqiqədən 3 saata qədər vaxt itirirdisə, artıq bu mərkəzdə bütün proseslər maksimum 20 dəqiqə ərzində həyata keçirilir.

  • Əvvəlki

    Elm və Təhsil Nazirliyi 15 milyon manatlıq yanğın mühafizə sistemləri aldı

Digər xəbərlər

13.01.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
13.01.2025 İqtisadiyyat
Britaniya Xəzinəsinin Kansleri Rivz Çində
0 0
13.01.2025 İqtisadiyyat
İtaliyada qurumlara və banklara kiberhücum
0 0
11.01.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0