USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya yodu Azərbaycandan 2 dəfə baha alır, lakin istehsalat tələbi qarşılaya bilmir

19.10.2022 İqtisadiyyat
0 0
Rusiya Federasiyası 2022-ci ilin əvvəlində Ukrayna ilə müharibəyə başlayandan sonra Azərbaycandan tibdə daha çox istifadə edilən yod alışını kəskin artırıb, yerli zavodlar əvvəlki gücdə istehsalı bərpa edə bilmir.

Qeyd edilir ki, 2022-ci ilin ilk səkkiz ayında Rusiya Federasiyası Azərbaycandan ümumilikdə 94.26 ton həcmində yod alıb.

Azərbaycan Rusiyaya satdığı yodun müqabilində $7.04 mln. valyuta əldə edib.

Ölkəmiz xaricə ümumilikdə yanvar-avqust aylarında 128.76 ton, yaxud $8.87 milyonluq yod satıb.

Bu öncəki illə müqayisədə 6 dəfə artıb. Ötən ilin müvafiq dövründə cəmi 16 ton həcmində Azərbaycandan almışdı və bu da $0.58 mln. dəyərində idi.

Rusiya yod idxalçısı olsa da, onun idxal payında ən böyük pay Türkmənistana məxsus idi. 2021-ci ildə $8.16 mln-luq yodun $3.62 mln.-u Türkmənistandan alınmışdı.

Azərbaycanda yod sənayesi buna bir qədər adekvat cavab verməyib. Ölkədə ixracın həcminin 6 dəfə böyüməsinə rəğmən, yerli istehsal ilin yanvar-avqust aralığında 14.3% artaraq cəmi 143.5 ton təşkil edib. İllərdir böyük daralmaya məruz qalan bu sənaye əvvəlki illərdəki istehsal gücünə qayıda bilmir. Azərbaycanda yodun əsas istehsalşısı “Azər-yod” MMC-dir. Neftçala rayonunda olan yod zavodu ona məxsusdur.

Azərbaycanda yod istehsalı, yanvar-sentyabr:

2013 – 203.1 ton
2014 – 196.2 ton
2015 – 188.8 ton
2016 – 156.4 ton
2017 – 146.5 ton
2018 – 136.9 ton
2019 – 144.3 ton
2020 – 135.4 ton
2021 – 125.6 ton
2022 – 143.5 ton
Bu il Azərbaycan yodu Rusiyaya öncəki ildən ortalama müqayisə edildikdə iki dəfə baha satıb. Məsələn, car ildə 1 ton yodun ixrac dəyəri $74 648 təşkil edib. Bu öncəki ildə $36 250 idi.

Cari ilin ayları üzrə dinamika daha çox maraq doğurur. Məsələn, mart ayından sonra RF cənub qonşusu Azərbaycandan yod almağında mütəmadilik müşahidə edilir. Eləcə də hər ay keçdikcə qiymətlər yuxarı dinamika ilə artıb. İyul və avqusta yodun hər tonu 80 min dollardan baha satılıb.