USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ferrum Kapital” Mover şirkətini kreditə görə məhkəməyə verib

02.11.2022 İqtisadiyyat
0 0
“Ferrum Kapital” QSC “Mover” MMC-ni məhkəməyə verib.

"Kommersant.az" xəbər verir ki, “Ferrum Kapital” QSC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

“Ferrum Kapital” QSC ilə”Mover” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Kredit müqaviləsi üzrə mübahisələrdir.

Xatırladaq ki, “Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.