USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“S&P Global Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

10.11.2022 İqtisadiyyat
0 0
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

Bu il üzrə real ümumdaxili məhsulun (ÜDM) artımı üzrə proqnozunu 4.0% müəyyən edib. Başqa sözlə, “S&P Global Ratings” aprel proqnozu ilə müqayisədə Azərbaycanda iqtisadi artım proqnozunu 1.3% yüksəldib.

Agentlik 2023 və 2024-cü illərdə Azərbaycanda real ÜDM-in artımını 1.5%, 2025-ci ildə isə 1% civarında proqnozlaşdırır.

Qeyd edək ki, “S&P” qarşıdakı üç il üzrə proqnozunu korrektə etməyib.