USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlar 10 il güzəşt ediləcək

10.11.2022 İqtisadiyyat
0 0
İşğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlıq subyektləri vergi güzəştlərindən yararlana biləcəklər, yalnız banklar bu təşviqlərə aid deyil.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə uçota alınacaq vergi ödəyiciləri, əmlak, torpaq vergilərindən 10 il müddətinə güzəştlər əldə ediləcək.

“Bura satışdankənar gəlirlər də daxildir. İstehsal sahələri üzrə xammalın idxalı da 10 il müddətinə vergilərdən azad edilir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin turizm potensialı nəzərə alınaraq əmlak, torpaq vergilərindən azad olunmaqla yanaşı, ƏDV-nin geri qaytarılması üzrə faiz dərəcəsi 30% müəyyən olunub”, – deyə o qeyd edib.

  • Əvvəlki

    Radiotezliklər 10 il müddətinə ayrılacaq, 3 halda ləğv ediləcək

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0