Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri açıqlanıb

04.07.2018
İqtisadiyyat
0
0
Türkiyə Ali Seçki Komissiyası iyunun 24-də keçirilən növbədənkənar prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb
"Kommersant" "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, seçkinin yekun nəticəsinə əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 50 milyon 68 min 627 seçicidən 26 milyon 330 min 823-nün (52,59%) səsini alıb.
Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Məhərrəm İncə 15 milyon 340 min 321 (30,64%), Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 4 milyon 205 min 974 (8,40%), İYİ Partiyanın namizədi Meral Akşener 3 milyon 649 min 30 (7,29%), Səadət Partiyasının namizədi Təməl Karamollaoğlu 443 min 704 (0,89%), Vətən Partiyasının namizədi Doğu Perinçek 98 min 955 səs (0,20%) alıb.
Parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası parlamentdə 295, Milliyətçi Hərəkat Partiyası (MHP) 49, HDP 67, CHP146, İYİ Partiya 43 yer qazanıb.
Digər xəbərlər

14.03.2025
İqtisadiyyat
Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib
0
0

14.03.2025
İqtisadiyyat
Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
0
0

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0