USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir müavini: Azərbaycan Pakistanda ticarət evi aça bilər

04.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan Pakistanda ticarət evi aça bilər.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədov bildirib ki, Pakistan Azərbaycan üçün vacib tərəfdaşdır:

“Biz Pakistanda ticarət evinin açılmasını istisna etmirik. Amma bizə hələlik bu barədə təklif daxil olmayıb. Eyni zamanda Pakistan Azərbaycan üçün vacib tərəfdaşdır. Ona görə də bu bazar bizim üçün maraq kəsb edir. Əgər bizə Pakistan tərəfindən ticarət evinin açılması barədə təklif gələrsə, biz məmnuniyyətlə bunu nəzərdən keçirərik”.

Xatırladaq ki, hazırda Azərbaycan ticarət evləri Ukrayna və Belarusda fəaliyyət göstərir. Bu ayın sonuna kimi Latviyada ticarət evinin açılması planlaşdırılır. Bundan başqa, Azərbaycan BƏƏ-də və Rusiyada ticarət evləri açmaq niyyətindədir.