USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Rusiya neftinin qiymət tavanını ildə bir neçə dəfə tənzimləməyi planlaşdırır

23.11.2022 İqtisadiyyat
0 0
ABŞ müttəfiqləri ilə birlikdə Rusiya neftinə tavan qiymət tətbiq edildikdən sonra onu hər ay deyil, ildə bir neçə dəfə korrektə edəcək.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Vaşinqton müttəfiqləri ilə birlikdə qiymət tavanını həftəlik və ya aylıq tənzimləməyi planlaşdırmır.

“Məqsədimiz onu müntəzəm olaraq nəzərdən keçirməkdir. Ümid edirəm ki, bu, daha çox rüblük və ya hətta yarımillik olacaq, çünki biz bazarda müəyyənliyi təmin etmək istəyirik”, - deyə o bildirib.

Maliyyə departamentinin nümayəndəsi əlavə edib ki, Yeddilik Qrupu (G7) ölkələri tezliklə Rusiya neftinin ixracı üçün tavan qiymətini açıqlamalıdır. O qeyd edib ki, bu məsələ ilə bağlı Avropa İttifaqında məsləhətləşmələr aparılır.

“Ümid edirik ki, onlar bu məsləhətləşmələri nisbətən tez bitirəcəklər və biz yekun qiyməti açıqlayacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi beynəlxalq koalisiyanın bir hissəsi kimi hazırda Vaşinqtonla yanaşı, G7-nin digər dövlətlərinin, Avropa İttifaqının və Avstraliyanın adını çəkir.

Mənbələrin məlumatına görə, Rusiyadan neftin maksimal qiyməti ilə bağlı qərar çərşənbə və ya cümə axşamı Aİ ölkələrinin səfirlərinin görüşündən sonra verilə bilər.

  • Əvvəlki

    Pakistandan düyü idxalının rüsumdan azad edilməsi qiymətlərə təsir göstərəcək?

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0